Universitetə qəbul üçün lazım olan balı toplamaqda çətinlik çəkirsiniz? Mürəkkəb qəbul prosesini necə keçəcəyinizdən narahatsınız?

Test hazırlığı: Test hazırlığı xidmətlərimizə xaricdə ali təhsil üçün tələb olunan SAT (riyaziyyat, verbal), IELTS, TOEFL, Duolingo kimi imtahanlara hazırlıq proqramları və hələlik bu imtahanlara hazırlıq üçün baza biliklərinə malik olmayan şagirdlər üçün ümumi ingilis dili, Pre-SAT, Pre-IELTS kimi kurslar daxildir. Proqramlarımız hər bir şagirdin fərdi xüsusiyyətlərinə uyğun şəkildə hazırlanır və onlara uğur qazanmaq üçün lazım olan bacarıq və inamı təmin edir

SAT Hazırlığı: SAT hazırlıq kurslarımız SAT-nin həm Verbal, həm də Riyaziyyat bölmələri üzrə hərtərəfli təlimlər təklif edir. Biz tənqidi oxu, yazı və riyaziyyat bacarıqlarını fərdi təhsil planları, sınaq testləri və peşəkar dəstəklə inkişaf etdiririk ki, şagirdlər ən yüksək nəticələrinə çata bilsinlər. Fərdi ehtiyaclara uyğun xüsusi hazırlıq proqramı yaratmaq üçün spesifik diaqnostik testlərdən istifadə edirik.

IELTS Hazırlığı: IELTS kurslarımız dinləmə, oxu, yazı və danışıq üzrə İngilis dili bacarıqlarınızı artırmaq üçün hazırlanmışdır. Təcrübəli müəllimlərimiz sizə lazım olan balları əldə etməyiniz üçün strategiyalar və təcrübələr təqdim edirlər.

TOEFL Hazırlığı: Ivy Hub-da TOEFL hazırlığı intensiv təcrübə sessiyaları, təcrübəli müəllimlərin rəyləri və testin hər bir bölməsindən uğurla keçmək üçün məsləhətləri əhatə edir. Məqsədimiz şagirdlərimizin test günü rahat və inamlı olmasını təmin etməkdir.

Pre-SAT Hazırlığı: Pre-SAT kurslarımızda, SAT üçün lazım olan təməl bacarıqlar inkişaf etdirilir və tənqidi oxu, yazı və riyaziyyat bacarıqlarının erkən inkişafına diqqət yetirilir.

Pre-IELTS Hazırlığı: Pre-IELTS kursları, şagirdlərin təməl dinləmə, oxu, yazı və danışıq bacarıqlarını artıraraq onların IELTS kurslarına başlamaları üçün nəzərdə tutulmuşdur

Ümumi İngilis Dili Kursları: Ümumi İngilis dili kurslarımız qrammatika, lüğət, danışıq və yazı bacarıqlarını əhatə edərək ümumi dil biliklərinizi artırmaq üçün nəzərdə tutulmuşdur.

Duolingo İngilis Dili Testi Hazırlığı: Duolingo İngilis Dili Testi üçün hazırlıq kurslarımız şagirdlərin bu testdən yüksək ballar əldə etməsinə kömək etmək üçün xüsusi praktika və strategiyalar təqdim edir.

Digər Testlər (GRE, GMAT və s.): Biz həmçinin GRE və GMAT kimi digər standartlaşdırılmış testlər üçün də hazırlıq kursları təklif edirik. Xüsusi kurslarımız bu imtahanların bütün aspektlərini əhatə edir və sizin akademik və peşəkar məqsədlərinizə çatmaq üçün yaxşı hazır olduğunuzu təmin edir.

Xaricdə Təhsil Xidmətləri: Xaricdə təhsil xidmətimiz çərçivəsində biz, şagirdlərin fərdi xüsusiyyətləri, potensialı və bilik-bacarıq portfelinə uyğun olaraq doğru universitetin seçilməsi və müraciət prosesinin bütün mərhələlərində hərtərəfli dəstək göstəririk.

Məsləhət Xidməti: Xaricdə təhsil məsləhətçilərimiz akademik məqsədlərinizə və üstünlüklərinizə uyğun fərdi məsləhətlər təklif edirlər. Fərqli universitetlərdəki tələbləri və imkanları anlamağınıza kömək edirik, qərarlarınızı məlumatlı şəkildə verməyinizi təmin edirik.

Universitet seçimi: Gələcəyiniz üçün doğru universitet seçimi çox vacibdir. Biz akademik profilinizə, karyera arzularınıza və şəxsi üstünlüklərinizə uyğun olaraq ən uyğun universitetləri müəyyən etməyinizə kömək edirik və bu universitetlərdə uğur qazanmağınızı təmin edirik.

Müraciət dəstəyi: Universitetlərə müraciət etmək yorucu ola bilər. Müraciət dəstək xidmətlərimiz sizi “şəxsi bəyannamələrin” yazılmasından müsahibələrə hazırlığa qədər hər bir addımda müşayiət edir. Müraciətinizin seçilməsini və bütün tələblərə cavab verməsini təmin edirik.

Peşəkar psixoloq dəstəyi: Ivy Hub-da biz test hazırlığı və universitet müraciəti prosesində yarana biləcək stress və narahatlığı başa düşürük. Hər bir şagird üçün peşəkar psixoloq dəstəyi təmin edirik, onların emosional rifahını və dözümlülüyünü bütün proses boyunca təmin edirik.

Ivy Hub-a qoşulmağa və akademik arzularınıza çatmağa hazırsınız? Başla
Bu gün başlayın!
Bu gün başlayın!